"BF GROUP" - un tərkibində olan "Sinax" markası Türkiyənin ən öndə gedən ağcaqanad tor sistemi markasıdır "Sinax" markasının ölkəmizdə rəsmi nümayəndəliyi olaraq 2009-cu ildən etibarən fəaliyyət göstərir. "Sinax" 1993-cü ildən etibarən Türkiyədə fəaliyyətə başlamış və 18 -dən çox ölkəyə məhsul ixrac edən, keyfiyyəti ilə geniş çevrədə adını tanıdan və tələb olunan yeganə şirkətdir. Biz "Sinax" markasının Azərbaycandakı yeganə rəsmi nümayəndəsi olaraq sizlərə evlərinizi ağcaqanad və müxtəlif həşaratlardan qoruyan ağcaqanad tor sistemlərini təklif edirik.

PİLƏLİ AĞCAQANAD TOR SİSTEMİ
Pilǝli ağcaqanad sistemi rahat və estetik quruluşlu olduğundan, açıldığında geniş yer tutan qapı və pəncərə sistemləri ücün ən ideal sistemdir.Sistem alüminium profildən hazırlanır.
Sərt tül və möhkəm iplərin sayəsində küləyə daha davamlıdır.
İstifadə olunmadığı hallarda tülü qat-qat profilin içinə yığılır və çıxarılması tələb olunmur.
İstifadəsi yüngül, daha uzun müddətli istifadəyə əlverişlidir. İşləmə mexanizmi rahat olduğundan uşaqlar da rahat səkildə açıb-bağlaya bilərlər. İstifadə olunmadığı müddətdə yığılıb saxlanılır və külək, yağış və s. maneələrdən qorunduğu ücün daha uzun illər istifadəsi mümkündür.

İÇƏRİ AÇILAN AĞCAQANAD TOR SİSTEMİ
Pəncərə Açılan ağcaqanad tor sistemi alüminium profildən hazırlanır, İstənilən çeşit pəncərə sistemlərinə montaj edilə bilər. Tülü yanmayan fiberglas tərkiblidir. Təmizlənməsi praktik olan bu sistemləri rahat səkildə məntəşədən çıxarıb su ilə yuya, nəm bez ilə yüngülcə silə bilərsiniz. Qış aylarında istifadə ətmək istəmədikdə çıxarıb saxlaya və bu şəkildə uzunmüddətliliyini təmin edə bilərsiniz.


SÜRMƏ SİSTEMİ
Sürmə sistemi cambalkonlarda, Volkwagen və HBSB sistemlərində, Ümumiyyətlə sürgülü sistemlərdə istifadə olunur. Bu sistemin ən önəmli özəlliyi tək bir barmaq hərəkəti ilə açılıb bağlanmasıdır. Diyircəkli təkər sistemi ilə rahat şəkildə açılıb bağlanır. Bundan əlavə, istifadə ehtiyaclarına uyğun olaraq hazırlanmış 3 fərqli rels (kasa) sistemi mövcuddur. Bir qanad genişliyi 2400 mm*3000 mm, kasa genişliyi 10 metrə qədər ola bilər. Yerindəki sistemə görə 3 fərqli ray seçimi vardır.
1) DAR RAY-Volkwagen sürmə, HBSB sürmə sistemində
2) CÜT RAY-HBSB cüt qanad sistemi, şpinqaletli petləli qapılarda
3) ÜÇLÜ RAY-Böyük ölçü olan cambalkon və sürməli cambalkonlarda istifadə olunur

Əlaqə məlumatları

sinax.az | +994 12 558 00 25

Website-a keçid