İCMA-nın "Pəncərə İstehsalçıları" komissiyasının növbəti görüşü keçirilib.
Görüşdə "Winkhaus" şirkətinin Polşa üzrə ixrac menecerinin müavini Bartos Jareski və ixrac satış meneceri Walery Sobalevski də iştirak edib. Komissiya üzvləri, Bartos Jareski və Walery Sobalevski istehsalçıların qarşılaşdığı çətinliklərlə yanaşı, sektorda baş verən yeni tendensiyaları da dəyərləndirib.
İstehsal prosesinin optimallaşdırılması, müasir texnologiyaların inteqrasiyası və müştəri tələblərinə uyğun innovativ yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Bu müzakirələr, pəncərə istehsalında yeni imkanların açılmasına və sektorda irəliləyişə təkan verməyə yönəlib.